Dəyərli dostlar,
Qlobal enerji sektoru ekoloji məsuliyyətin artması və bərpa olunan enerji mənbələrinin strateji əhəmiyyətinin yüksəlməsi fonunda dərin transformasiya dövrünü yaşayır. Green Karabakh Energy (GKE) olaraq dayanıqlı və yaşıl enerji həllərinə yatırımlar etməklə bu dönüşümün iştirakçısı olmaqdan qürur duyur.
Dayanıqlılığı fəaliyyətimizin əsas prinsipi kimi qəbul edərək, ən müasir texnologiyaların tətbiqi, mövcud enerji aktivlərinin istehsal gücünün artırılması və yeni investisiya layihələrinin həyata keçirilməsi vasitəsilə bərpa olunan enerji sektorunun inkişafına davamlı töhfə veririk. Su enerjisi kimi bərpa olunan mənbələrdən yaşıl elektrik enerjisi istehsal etməklə ətraf mühitə təsirin minimuma endirilməsini, eyni zamanda daha dayanıqlı, müstəqil və etibarlı enerji gələcəyinin formalaşmasını dəstəkləyirik.
Əminik ki, yaşıl enerji sahəsinə yönəldilən investisiyalar Azərbaycanın artan enerji tələbatının qarşılanmasında özəl sektorun rolunu daha da gücləndirəcəkdir. Missiyamız yalnız enerji istehsalı ilə məhdudlaşmır. Enerji istehsalından əlavə olaraq, biz ətraf mühitin qorunmasına, eləcə də Qarabağın işğaldan azad edilmiş ərazilərinin sosial-iqtisadi inkişafına töhfə verməyi əsas prioritetlərimizdən biri hesab edirik.
GKE olaraq bərpa olunan enerji sahəsində uzunmüddətli uğurların innovasiyalardan asılı olduğunu qəbul edirik. Məhz bu səbəbdən, fəaliyyətimizin bütün mərhələlərində qabaqcıl texnologiyaların və rəqəmsal həllərin tətbiqi ilə səmərəliliyimizi daim artırırıq. Biz gələcəyin bərpa olunan enerji sektorunu rəqəmsallaşdırılmış, inteqrasiya olunmuş və dayanıqlı ekosistem kimi görürük.
Vizyonumuz bərpa olunan enerji sahəsində özəl sektorun aparıcı və innovativ şirkətlərindən birinə çevrilmək, cəmiyyət üçün uzunmüddətli dəyər yaradan dayanıqlı həllər təqdim etməkdir. Biz innovativ və ekoloji məsuliyyət prinsiplərinə əsaslanan layihələrimiz vasitəsilə Azərbaycan və region üçün daha ekoloji təmiz, daha yaşıl və daha dayanaqlı gələcəyi qurmaq prinsiplərini tərənnüm edirik.
Bu fürsətdən istifadə edərək tərəfdaşlarımıza, investorlarımıza, podratçılarımıza və əməkdaşlarımıza göstərdikləri etimada, peşəkarlıqlarına və fədakar əməyə görə səmimi minnətdarlığımı bildirirəm.
Biz birlikdə dayanıqlı enerji gələcəyini formalaşdırırıq.
Hörmətlə,
Seda Ertorun