Green Karabakh Energy" şirkəti işğaldan azad edilmiş ərazilərdə ilk özəl su elektrik stansiyası layihəsini həyata keçirməyi və bununla da regionda yaşıl enerji zonasının yaradılmasına töhfə verməyi hədəfləyir. Layihə həm Azərbaycan-Türkiyə əməkdaşlığını gücləndirir, həm də bərpa olunan enerji məqsədlərinə çatmağa xidmət edir.
Qarabağda kiçik su elektrik stansiyalarının yaradılması regionun zəngin su ehtiyatlarından səmərəli istifadə etməklə təmiz və dayanıqlı enerji istehsalını təmin edir. Layihə işğaldan azad edilmiş ərazilərin enerji təminatının gücləndirilməsinə, iqtisadi fəallığın və yeni investisiyaların təşviqinə xidmət edir. Bərpa olunan enerji mənbəyindən istifadə etməklə karbon emissiyalarının azaldılmasına və Azərbaycanın yaşıl enerji hədəflərinə töhfə verir. Bu layihələr Qarabağın müasir, dayanıqlı və enerji baxımından təhlükəsiz gələcəyinin formalaşmasında mühüm rol oynayır.
Layihələr