Media

Green Karabakh Energy

Laçın və Kəlbəcər sakinləri ilə görüş keçirildi

2026-09-26 · Green Karabakh Energy

26 sentyabr 2026-cı il tarixdə “Green Karabakh Energy” MMC Laçın və Kəlbəcər sakinləri ilə regionda inşa edilən Kiçik Su Elektrik Stansiyaları (KSES) haqqında ətraflı məlumatların təqdim edilməsi məqsədilə məlumatlandırma görüşü keçirib.

Görüş zamanı iştirakçılara KSES-lər, onların inşasında istifadə edilən texnologiyalar, KSES-lərin təmiz və etibarlı enerji istehsalına töhfəsi, ekoloji faydaları və işğaldan azad edilmiş ərazilərin dayanıqlı inkişafında rolu barədə məlumat verilib. Həmçinin Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (DİM), xüsusilə DİM 7 – Sərfəli və Təmiz Enerji, DİM 8 – Layiqli Əmək və İqtisadi Artım, DİM 9 – Sənaye, İnnovasiya və İnfrastruktur və DİM 13 – İqlim Dəyişikliyi ilə Mübarizə barədə təqdimat keçirilib.

SƏHİFƏNİ SÜRÜŞDÜR