2026-07-21 · Green Karabakh Energy
"Green Karabakh Energy" MMC-nin rəhbərliyi və səhmdarların nümayəndələri 4 (dörd) KSES layihəsində - Kəlbəcər rayonundakı "Tərtər 1", Laçın rayonundakı "Minkənd", "Qalaca 1 və 2", "Malıbəy"də turbin quraşdırılması üçün obyektlərin tikinti gedişatını və hazırlığını qiymətləndirmək məqsədilə əraziyə səfər ediblər. GKE tərəfindən müvafiq tövsiyələr və tapşırıqlar EPC və PMC podratçılarına verilib. Həm EPC, həm də PMC podratçıları Turbinlərin və Generatorların quraşdırılması və istismara verilməsi işlərinin aparılmasına hazır olduqlarını təsdiqləyiblər.