Media

Green Karabakh Energy

4 KSES üzrə EPC Müqaviləsi İmzalandı

2025-04-09 · Green Karabakh Energy

Green Karabakh Energy şirkəti Laçın və Kəlbəcər rayonlarında Kiçik Su Elektrik Stansiyalarının tikintisi üçün Mühəndislik, Təchizat və Tikinti (EPC) xidmətlərinin göstərilməsi üçün açıq tender keçirib.

Təqdim olunmuş təkliflərin tətbiq olunan tender prosedurlarına və qiymətləndirmə meyarlarına uyğun olaraq hərtərəfli qiymətləndirilməsindən sonra Caspian Technology and Supply MMC şirkəti qalib elan edilmiş və onunla 4 (dörd) KSES layihəsinin - Kəlbəcər rayonunda "Tərtər 1", Laçın rayonunda "Minkənd", "Qalaca 1 və 2", "Malıbəy" - tikintisi üçün EPC Müqaviləsi imzalanmışdır.

SƏHİFƏNİ SÜRÜŞDÜR